“ Azərbaycan torpaqları işğaldan azad ediləcək” – İlham Əliyev

    9

    Dövlət başçısı qeyd edib ki, Azərbaycan atəşkəsə əməl edir, Ermənistanın da atəşkəsə əməl edəcəyinə ümidvardır: “Ermənistanın Azərbaycanı eskalasiyada günahlandırması əsassızdır. Biz, sadəcə, torpaqlarımızı və mülki şəxslərimizi qoruyuruq. Azərbaycan münaqişənin sülh yolu illə həllində maraqlıdır və danışıqlar prosesini davam etdirəcəyik. Minsk Qrupunun həmsədrlərinin bölgəyə son səfərini dəstəkləyirik. İnanırıq ki, “status-kvo“ dəyişəcək, Azərbaycan torpaqları işğaldan azad ediləcək. Bundan sonra region çiçəklənəcək, bütün region ölkələri inkişaf edəcək”.