“Dövlətimiz yeni idarəçilik epoxasına qədəm qoyur” – ZAUR MƏMMƏDOV

189

“Uzun illərdən bəri istər mərkəzi, istərsə də regional idarəçilkdə dərin kök salmış məmur-vətəndaş yanaşması bir müddət sonra təmamilə tarixin arxivlərinə gedəcək”

“Dünən prezident bir daha xəbərdarlıq etdi! Prezident İlham Əliyev yeni baş prokuror ilə videokonfrans vasitəsilə görüşündə bir sıra vacib məqamlara toxunaraq ictimaiyyətə, məmurlara anonslar da verdi”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədova məxsusdur.

Son zamanlar Azərbaycanda həyata keçirilən islahatların göz qabağında olduğunu vurğulayan politoloq hesab edir ki, uzun illərdən bəri istər mərkəzi, istərsə də regional idarəçilkdə dərin kök salmış məmur-vətəndaş yanaşması bir müddət sonra təmamilə tarixin arxivlərinə gedəcək: “30 il ərzində dövlətin ayrı-ayrı strukturlarında oturuşmuş məmurlar onlara nə qədər ağır olsa da, tədricən kresloları ilə vidalaşmaqdadırlar. Dövlətimiz yeni idarəçilik epoxasına qədəm qoyur. Güclü qalmaq, çağdaş modernləşən dünyadakı iqtisadi proseslərdən geridə qalmamaq üçün mütləq şəkildə rüşvətxorluğa qarşı mübarizəni daha da gücləndirmək, məmur özbaşnalığına və süründürməçiliyinə son qoymaq lazımdır. Dünən prezident İlham Əliyev bir daha, bu dəfə daha da açıq və konkret olaraq hər kəsə xəbərdarlıq etdi. İcra başçıları və mərkəzi idarəetmədə vətəndaşını, dövlətini düşünməyən məmurlara qarşı tədbirlər görüləcək”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org