Dövlət Neft Fondunun büdcəsi təsdiqləndi –Fərman

294

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsi haqqında fərman imzalayıb.

Hurriyyet.org xəbər verir ki, fərmanla Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin gəlirləri 8 001 169,1 min manat, xərcləri isə 12 249 435,5 min manat məbləğində təsdiq edilib.