Dövlət Komitəsi Lənkəran polisi tərəfindən təcavüzə məruz qalan azyaşlı qızla bağlı DİN-ə müraciət etdi

219

 

Lənkəran sakini, 1989-cu il təvəllüdlü Vüsalə Əliyevanın qızı Diana Əliyevanın Lənkəran rayon polis şöbəsinin əməkdaşı Orxan Şahmarov tərəfindən cinsi təcavüzə məruz qoymasıyla bağlı araşdırılma aparılması üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət ünvanlamışdıq. Araşdırılmanın gedişi barədə məlumat əldə etmək üçün Komitənin hüquq şöbəsiylə əlaqə saxladıq. Hüquq şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə Hurriyyet.org-a bildirdi ki, müraciət artıq obyektiv araşdırılması üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Daxili İşlər Nazirliynə göndərilib və hazırda araşdırmanın cavabını gözləyirik:

“Hazırda iş araşdırılması üçün Daxili İşlər Nazirliyinə göndərilib. Vətəndaşların müraciətləri haqqında qanunda göstərilir ki, vətəndaşın müraciəti icra olunmalıdır və özünə cavab verilməlidir. O, məsələ əgər, bizim səlahiyyətimizdə olan məsələdirsə tam araşdırılacaq. Əgər, bizim səlahiyyətimiz çərçivəsində deyilsə, aidiyyatı quruma göndərilir, üstəlik də məktubun da bir nüsxəsi müraciət edən şəxsə göndərilir ki, bilinsin araşdırılması üçün məktub hansı quruma göndərilir. Müraciəti Daxili İşlər Nazirliyinə göndərmək bizim vəzifə borcumuzdur. Daxili İşlər Nazirliyinin araşdırması sizi qane etməsə, siz müraciəti yenidən göndərib, biz də onu daha yüksək qurumlara araşdırılması üçün göndərəcəyik.Yəni, prosedur qaydası belədir”.

Hurriyyet.org