Dövlət Gömrük Komitəsinə maraqlı sual: ” Atam, soyğunçuluq nə vaxtdan ekoloji aksiya sayılır ki?”

276

Teref.az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli yanacağın qiymət artımının ekologiya ilə əlaqələndirilməsinə etiraz edərək, iqtisadi bir eksperement aparıb. Eksperementin nəticəsini Natiq bəyin özündən eşidək. Natiq Cəfərli yazır:
“Cəmi 5 dəqiqə zaman xərclədim, xarici şirkətlərin biri ilə danışdım, ABŞ-dan hibrit avtomobil tapdım, Nissan, motor həcmi 2500 sm, 2011-ci il, 1500 dollara satışa qoyublar, 100 dollar da endirim edəcəkləri söylədilər, Gürcüstana 1,5 aya və cəmi 1000 dollara çatdıracaqlarını dedilər.

Bizim şanlı Gömrük Komitəsi isə mənə deyir ki, bu avtomobili alıb Bakıya gətirsən 10276 manat 60 qəpik vergi-rüsum ödəyəcəksən, hətta xəbərdarlıq da edir ki, bax ha, sənin qiymətinə inanmıram, bu hələ 1500 dollar qiymətlə olan ödənişlərdir, özümüz qiymət qoya, yenidən daha artıq hesablaya bilərik.

Sonra da hökumət deyir ki, biz ekologiyanı sevirik, ala, belə də ekologiya olar ala?! Atam, soyğunçuluq nə vaxtdan ekoloji aksiya sayılır ki?!”
P.S. DGK Azərbaycanda ekoloji təmiz maşın bazarını tam iflasa uğrtamaqda davam edir.
Teref.az