Dövlət başçısı: “Torpaqların sahibləri qayıdıb”

417

“Vəhşi düşmən keçib bu torpaqlardan. Dağıdıb ki, heç vaxt Azərbaycan əhalisi bura qayıtmasın. İnşallah hamımız qayıdacağıq. Hər şeyi dağıdıblar.

Orda artıq Azərbaycan bayrağı ucaldılıb. Hərbi hissələr tikiblər ki, torpaqlarımızı əbədi işğal altında saxlasınlar. Amma rədd elədik onları. Qovduq torpaqlarımızdan. Torpaqların sahibləri qayıdıb”.

Bu sözləri Zəngilan rayonuna səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.

“Baxın ağacları necə qırıblar! Baxın, vəhşi düşmən neynəyib, bütün ağacları kəsib. Zəngilanın çox zəngin təbiəti var. Unikal meşələri var”, – deyə Ali Baş Komandan əlavə edib.

Qeyd edək ki, dövlət başçısının videogörüntüsünü Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində paylaşıb. \\Report