Dönər satışı ilə məşğul olan yerlərə təlimatlar paylanacaq

    36

    Azərbaycanda dönər müəssisələri üçün müvafiq təlimatlar hazırlanır.

    Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib.

    O bildirib ki, bu təlimatlar bütün dönər satışını həyata keçirən müəssisələrə paylanacaq:

    "Mən sizinlə razıyam ki, bu gün bir çox dönər evlərində sanitar-gigiyenik normalara riayət olunmur. Bu istiqamətdə də tədbirlərin görülməsi planlaşdırılıb".