Ağ Ev Qüdsdə ABŞ səfirliyinin açılışında iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb.
Hurriyyet.org xəbər verir ki, Ölkə.Az TASS-a istinadən verdiyi məlumata görə, nümayəndə heyətinin tərkibində ABŞ prezidenti Donald Trampın adı yoxdur.
Daha əvvəl Donald Tramp bildirib ki, ABŞ-ın bir çox prezidentləri uzun illər ərzində Amerikanın Qüdsdə səfirliyini açacaqlarını vəd ediblər.
"Lakin onların vədlərini yerinə yetirməyə cəsarətləri çatmadı. Mən bunu həyata keçirdim. Hazırda səfirliyin açılışına hazırlıq işləri gedir", – deyə ABŞ prezidenti bildirib.
Qeyd edək ki, Donald Tramp ötən ilin 6 dekabrında Qüdsü İsrailin paytaxtı kimi tanımışdı. Ağ Ev rəhbəri Dövlət Departamentinə ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməyi tapşırmışdı. Trampın bu qərarı bir çox dövlətlərin tənqidinə səbəb olmuşdu.