Donald Tramp xəstə qardaşına baş çəkdi

102

Daha sonra isə o, qolf oynamağa gedib

Maska taxan Donald Tramp cümə günü günortadan sonra “New York-Presbyterian” xəstəxanasına gəlib, 45 dəqiqə ərzində orada olub.

ABŞ mediası xəbər verir ki, prezidentin 72 yaşlı qardaşı Robert Tramp ağır xəstədir, ancaq onun hansı xəstəlikdən əziyyət çəkdiyi məlum deyil.

Prezidentin kiçik qardaşı onun biznes imperiyasını, daşınmaz əmlak sərmayələrini idarə edirdi.

“Ümid edirəm ki, o, yaxşı olacaq. Yaxşı qardaşdır. Uzun müddətdir ki, onunla çox yaxşı münasibətlərimiz var”, – prezident jurnalistlərə bildirib. “Qardaşım həyatının ən ağır dönəmini yaşayır”.

Xəstəxana ziyarətindən sonra 74 yaşlı cənab Tramp həftə sonu üçün Nyu-Cersi ştatının yaxınlığındakı Bedminsterdəki qolf klubuna gedib.

“The New York Post” qəzetinin yazdığına görə, Robert iyun ayında bir həftə Manhettenin “Mount Sinai” xəstəxanasının reanimasiya şöbəsində olub.

Elbəyi Həsənli, Sürix

https://www.bbc.com/news/world-us-canada-53788883