Donald Tramp: “Biz qalib gələcəyik”

147

ABŞ prezidenti Donald Tramp seçici səsləri uğrundakı mübarizədə “böyük irəliləyiş”ə nail olduqlarını bildirib.

Bu barədə dövlət başçısı tvitter səhifəsində yazıb.

“Biz böyük irəliləyiş əldə etmişik. Nəticələri gələn həftə gəlməyə başlayacaq. Amerika yenidən böyük olur! Biz qalib gələcəyik!”, – prezident qeyd edib.

Xatırladaq ki, noyabrın 3-də ABŞ-da keçirilən prezident seçkilərinin bir sıra ştatlardakı nəticələri hələ məlum deyil. Hazırkı prezident D.Tramp qalib gəldiyini, lakin onlara verilən səslərin rəqib Demokrat Partiyası tərəfindən oğurlandığını iddia edib. D.Trampın seçki qərargahı səsləri yenidən hesablamağı tələb etmək niyyətindədir. Hərçənd nüfuzlu telekanalların hesablamalarına görə, seçkilərdə demokratların namizədi Co Bayden irəlidədir. \\Report