DOLLAR OYUNUNUN ARXASINDAKILAR ÜZƏ ÇIXDI – QORXUNC ETİRAF!

    6

    Ərdoğanın “milli iqtisadiyyat” modeli Qərbi narahat elədi

    Hurriyyet.org xəbər verir ki, Türkiyə mətbuatının yazdığına görə, dolların sürətlə bahalaşmasının ABŞ və Qərb iqtisadi təşkilatlarının əməliyyatı olduğu iddiaları məhz Qərb media təşkilatlarının etiraf kimi səslənən açıqlamaları ilə getdikcə güclənməyə başlayıb.

    Amerikanın “Blumberq” informasiya kanalı bu məsələ ilə bağlı etiraf kimi bir xəbər yayıb. Kanal Türkiyədə baş verənlər barəsində belə bir sualla çıxış edib: “Dolların yüksəlişinin səbəbi Türkiyə iqtisadiyyatının pis olmasıdır, yoxsa, bir iqtisadi əməliyyatın əks-sədasıdır?”

    Ərdoğanın milli iqtisadiyyat modeli narahat edib

    “Blumberq”dəki xəbərdə bu sualın cavabı olaraq, dolların sürətlə bahalaşmasının səbəbi iqtisadiyyatın pis vəziyyətdə olması ilə deyil, Qərbin prezident Rəcəb Tayyib Ərdoğanı istəməməsi kimi qiymətləndirilib.

    “Prezident Ərdoğanın özünəxas milli iqtisadiyyat modeli və İngiltərədəki açıqlamalarında faizi aşağı salmaq məqsədilə pul siyasətində tutduğu yol, Türkiyənin kredit reytinqini təhlükəyə atır”.

    Əsas səbəbkar kredit verənlərdir

    Dolların artımı məsələsi müzakirə edilərkən, adətən etiraf kimi xəbərdə ingilislərin və Qərbin Ərdoğana görə narahat olduğu və buna görə də iqtisadi bir əməliyyat aparıldığı bildirilir. Bu əməliyyatın mərkəzinin isə IMF, S&P, Moody's və Fitch kimi kredit dərəcələrini müəyyənləşdirən təşkilatlar olduğu göstərilir.

    Hurriyyet.org