Dollar dünyanın ehtiyat valyutası statusunu itirir?

    3

    Hurriyyet.org xəbər verir ki, dünyanın ən iri investisiya banklarından olan JP Morgan Chase bankının ekspertləri yaxın gələcəkdə dolların dünya ehtiyat valyutası statusunu itirəcəyini bildiriblər. Dünyanın mərkəzi bankları Amerika pul vahidini ehtiyat fondlarından çıxarmağa çalışırlar, ABŞ-ın kredit siyasəti isə onu birdəfəlik dəfn eləməyə qabildir.

    Beynəlxalq Valyuta Fondunun son hesabatına görə, dünyanın valyuta ehtiyatlarının demək olar ki, 62 faizi dollarla saxlanılır – bu isə ümumilikdə, avro, iyen və yuanlardan ibarət vəsaitlərdən ikiqat artıqdır.

    Morgan şirkətinin mütəxəssisi xatırladır ki, dünyada heç bir valyutanın hakimiyyəti əbədi olmayıb. Dollar dünyada demək olar ki, bir əsrdir ki, dominantlıq edir. Ekspertin fikrincə, Britaniya funtunu Bretton-Vud razılaşmasından sonra əvəzlədiyi hesab edilsə də, funt bu tarixə qədər artıq dəyərini itirmişdi.

    Vaşinqtonun sanksiya siyasəti də özünə ziyan etməkdədir. 2018-ci ildəki növbəti sanksiyalardan sonra Rusiya 100 milyard dollar sataraq, əvəzinə 90 milyardlıq avro və yuan alıb.

    Argentina, Çin, Honkonq, Hindistan, İndoneziya, Tailanda və Türkiyə də təqribən 200 milyard dollarlıq tejerisdən yaxa qurtarıblar. Bəzilərinə öz valyutalarını sabitləşdirmək üçün təcili nəğd dollarlar gərək olub, digərləri isə Vaşinqtonla konflikt üzündən Amerika aktivlərindən imtina ediblər.

    Amerikalı mütəxəssislər etiraf edirlər ki, milli pul vahidinin dünyada liderliyini itirməsi ölkə üçün böyük problemlər doğura bilər.

    Hələlik dolların vəziyyəti yaxşı görünür. Valyuta bazarlarının tədqiqatçısı, tanınmış maliyyəçi Ulf Lindalın fikrincə, Amerika valyutasının məzənnəsi son 30 ildəki rekord səviyyədədir. Lakin, o belə güman edir ki, tezliklə mənzərə dəyişəcək və dollar uzunmüddətli olaraq zəifləyəcəkdir. Onun qiymətləndirməsinə görə, yaxın 5 il müddətində Amerika pul vahidinin avro ilə nisbətdə 40 faiz ucuzlaşacağı gözlənilir.

    JP Morgan əməkdaşlarının hesablamalarına görə, qlobal zəifləmə artıq 2019-ci ilin axırında başlanacaq və Federal Ehtiyat Fondu bu axının qarşısını heç bir yolla ala bilməyəcək: “Qarşıdakı uzun illər ərzinsə bizi dolların məzənnəsinin aşağı düşməsi gözləyir. Gələn ilin ikinci yarısında biz milli valyutanın əsaslı şəkildə zəifləyəcəyini görəcəyik”.

    Hurriyyet.org