DÜNYADA İLK DƏFƏ! – RUSİYA ABŞ-I GERİDƏ QOYDU?

    15

    Hurriyyet.org xəbər verir ki, Rusiya hava hücumundan müdafiə sistemində ilk dəfə süni intellektdən istifadə edəcək. Rusiyada dərc edilən “İzvestiya” qəzeti Rusiya Hava-Kosmos Qüvvələrinin ilk dəfə süni zəka (artificial intelligence/AI) texnologiyası ilə təmin edilmiş bir hava hücumundan müdafiə avtomatik nəzarət sistemini (ACS) sınaqdan keçirdiyini bəyan edib.

    Sistem mövcud təhdid durumunu avtomatik şəkildə analiz edərək uyğun silah sistemindən istifadə barəsindən təkliflər irəli sürə bilər. Hədəflər, xüsusi və kollektiv şəkildə xarakterizə edilir, onların növ, təhdid səviyyəsi, sürət və uçuş istiqamətini bildirilir. Müvafiq məhv üsulu üçün təkliflər hərbi personala çatdırılır.

    ACS sistemi S-300 və S-400 hava müdafiə sistemləri ilə yanaşı, “Pantsir” hava hücumundan müdafiə sisteminə inteqrasiya edilə biləcək.

    Hurriyyet.org