DÜNYA ŞOKDA: Virusa yaxalananlar yerə yıxılır! – VİDEO

6

Hurriyyet.org xəbər verir ki, Çinin Vuhan şəhərində meydana çıxan korona virusuna tutulan insanların küçələrdə yerə yıxılması kütləvi təşvişə səbəb olub.

Çin indiyə qədər 18 nəfərin ölümünə səbəb olan korona virusunun qarşısını almağa çalışır.

Virusun ilk dəfə ortaya çıxdığı 11 milyonluq şəhəri və ona qonşu olan iki şəhərin xarici aləmlə əlaqəsi tamam kəsilmək üzrədir.

Küçələr qorxu filminin səhnələrinə çevrilib

Virus aşkar edilən xəstələr xüsusi kabinələrdə xəstəxanalara aparılır.

Xəstəxanalardan bayırda qurulan xüsusi çadırlarda xəstələr karantin altında saxlanılır.

Vuhanda virusa yoluxan xəstələri müalicə eləmək üçün xüsusi bir xəstəxana da qurulacaq.

Korono virusuna tutulan insanlar küçələrdə, xəstəxanalarda virusun təsiri ilə şüurlarını itirərək yerə yıxılırlar.  

Hurriyyet.org