Dmitri Medvedyev “samoqon” həvəskarı imiş… – Xarici qonaqlara da bağışlayır

    18

    Rusiyanın baş naziri Dmitri Medvedevin iqamətgahının yerləşdiyi Plesdə (Moskvaətrafı) “samoqon” hazırlanır.

    Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə “Proyekt-media” bildirir.

    Rusiya mətbuatının yazdığına görə, Medvedev iqamətgahında hazırlanan içkilərin ticarəti ilə məşğul olmur, onları xarici liderlərə hədiyyə edir.

    “Adətən, Medvedev hökumət üzvlərinə və xarici liderlərə “samoqon” bağışlayır. Baş nazirin onu satdığına dair heç bir dəlil yoxdur ", – “Proekt Media” Medvedevlə tanış olan üç mənbəyə istinadən yazır. İçki şüşələrinin üzərində "Samoqon” yazısı, qəhvəyi ayı şəkli və 2017-ci ildə istehsal olunmasını göstərən qeyd var.

    Təsdiqlənməmiş məlumatlara görə, bu yaxınlarda hökumət başçısı içkilərin çeşidini yeniləyib və moruqdan “samoqon” çəkməyə başlayıb. Bloger Aleksey Navalnı tərəfindən aparılan araşdırmadan sonra məlum olub ki, içkilər Ples yaxınlığında yerləşən “Malinovka” malikanəsində istehsal ediləcək.