Divanyan: “Paşinyan Zəngəzuru təslim edənə qədər hakimiyyətdə qalmaq istəyir”

414

“Biz kukla dövlətiyik. Heç vaxt suveren və müstəqilliyimizin ağası olmamışıq. Bizdən başqa hər kəs bizi idarə edir”.

Bu fikirləri rejissor Levon Divanyan bu gün ziyalı nümayəndələrinin İrəvanda keçirilən görüşü zamanı deyib. Rejissor əlavə edib ki, “Kukla dövləti olaraq qaldıq, çünki ölkə yiyəsizdir. Yiyəsiz yerdə isə qərar vermək çətindir. Kimdən və nə tələb edirsiniz? Ölkənin nə ağası var, nə də Ermənistan var. “Artsax”ın təslim olacağını kim düşünə bilərdi? İndi Zəngəzuru təslim etmək istəyirlər. Bunu kim edir, kim məsuliyyət daşıyır? Əlbəttə ki, qərar verən Paşinyan deyil. O,  Zəngəzuru təslim edənə qədər hakimiyyətdə qalmaq istəyir ”.\\KONKRET