Komitə sədri Bakıda böyük söküntü və planlamadan danışır: “Mərkəzi Bankın tikintisi indiki yerində aparılmalı deyildi“

    24
    – “Sovetski” adlanan ərazidə hal-hazırda söküntü və yenidənqurma işləri həyata keçirilir. Ərazidə plana uyğun olaraq ilk növbədə şəhər əhalisinin istirahəti məqsədilə yaşıllığın salınması nəzərdə tutulur. Eyni zamanda yenidənqurma tədbirləri nəticəsində ətraf ərazilərdə mövcud olan nəqliyyat problemlərinin həlli ilə əlaqədar tədbirlər həyata keçiriləcək, Nərimanov prospekti və digər küçələr yenidən qurulacaq və bu şəhərin mərkəzini tıxaclardan azad edəcək.