TRAMP MEDİAYA SAVAŞ AÇDI; qalib kim olacaq?

    6
    “Son illərdə bütün dünyada media azadlığı sahəsində ciddi problemlər üzə çıxır və getdikcə artmaqdadır. Bu, həm internet mediasının məhdudlaşdırılması şərtlərində özünü göstərir, həm də terrorla bağlı məsələlərdə bəzi qərarların qəbul olunmasında müşahidə olunur. Ancaq ayrı-ayrı prezidentlərin, rəhbər şəxslərin mediaya hücumları daha böyük təhlükə kəsb edir. Bu artıq ABŞ prezidenti səviyyəsində dəfələrlə qeydə alınır. Hətta iş o yerə çatır ki, dünyanın ən aparıcı jurnalist təşkilatları son onilliklərdə ilk dəfə belə məsələlərə reaksiya verməli olublar. Amerikanın ayrı-ayrı siyasətçilərinin, Konqres üzvlərinin çıxışları olub. Hətta təşkilatların da çıxışları olub. Ancaq Konqres səviyyəsində, ayrı-ayrı komissiyalar səviyyəsində bu məsələyə reaksiya verilmir. Mən bunun ABŞ siyasi praktikasında nə dərəcədə qəbul olunmuş bir hal olduğunu bilmirəm. Ancaq hesab edirəm ki, həmin məsələlər ardıcıl mahiyyət kəsb etsə biz bunun şahidi olacağıq. Digər tərəfdən, bir çox qurumlar Trampın fəaliyyətini sakit və narahat şəkildə izləməkdədirlər. Bu yaxınlarda mən bir kanadalı politoloqla söhbət edirdim. O bildirdi ki, Trampın çıxışları çox da yetkin olmayan məktəb şagirdinin çıxışlarını xatırladır. Bu da gələcək üçün çox ciddi narahatlıq doğurur. Mən düşünürəm ki, Trampın yürütdüyü siyasət yəqin ki, bu yaxınlarda Konqres və digər qurumların reaksiyasına səbəb olacaq”.