Ermənistanla diplomatik əlaqələr qurmayan dörd ölkədən biri – TƏHLİL

    12
    Son dövrlər iki ölkə arasında təmaslar daha da intensivləşib. Azərbaycanın Efiopiyadakı səfirinin eyni zamanda Cibuti Respublikasında akkreditə olunması faktı ikitərəfli münasibətlərə töhfə verməkdədir. 2016-cı ilin sentyabr ayında Cibutinin müdafiə naziri Əli Həsən Bahdonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Yaxın günlərdə isə Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusifin Azərbaycana səfəri nəzərdə tutulub. Əminik ki, həyata keçirilən yüksək səviyyəli səfərlər və iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi Azərbaycanla Cibuti ikitərəfli münasibətlərinin daha yüksək səviyyəyə qaldırılması üçün baza rolunu oynayacaq. (APA)