Nazir: “Xudafərin kəndi ermənilər tərəfindən tamamilə dağıdılıb“

    21
    Ş. Mustafayev bildirib ki, artıq torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində ən ciddi addımlar atılır. “Xudafərin“ və “Qız qalası“ layihəsinin Azərbaycanın işğal olunmuş ərazilərində icrasına başlanılması da bunu bir daha sübut edir. İşğaldan azad edilmiş Cocuq Mərcanlıda prezident İlham Əliyevin tapşırığı ilə bərpa və geniş quruculuq işlərinə başlanılıb. “Xudafərin“ və “Qız qalası“ layihəsi prezident İlham Əliyevin və onun iranlı həmkarı Həsən Ruhaninin siyasi iradəsinin, ölkələrimiz arasında strateji əməkdaşlıq səviyyəsinə yüksəlmiş əlaqələrin təzahürüdür“, – deyə o qeyd edib./apa/