Eldar Mahmudova biət etmiş məmurlar – SİYAHIDA KİMLƏR VAR?

    9
    Redaksiyamıza daxil olan məlumata görə, hazırda Mahmudovun çetesinə tabe olmuş və icra hakimiyyəti strukturlarında post tutan məmurlarla bağlı müvafiq araşdırmalar aparılır. Bu strukturlar arasında Eldar Mahmudova boyun əymiş, onunla əməkdaşlıq etmiş, tapşırıqlarını icra etmiş və MTN xətti ilə icra başçısı vəzifəsinə təyin olunmuş məmurlar təftiş edilir. Onların siyahısı hazırlanır və Prezident Administrasiyasına təqdim olunacaq. Paralel olaraq hazırda vəzifədə olmayan, keçmiş icra başçıları ilə bağlı araşdırmalar aparılır. Onlar barəsində mətbuatda kifayət qədər yazılıb. Adı MTN işində keçmiş icra başçıları ilə bağlı hansı qərar veriləcəyi bilinmir./musavat.com/