Qulu Məhərrəmli Alışanova qalib gəldi – MƏHKƏMƏ QƏRARI

    18
    Qeyd edək ki, media eksperti Q.Məhərrəmli ötən ilin fevral ayında mətbuatda Azərbaycan telekanallarının ümumi vəziyyətini təhlil edərkən dövlət büdcəsindən maliyyələşən AzTV-nin də ciddi nöqsanlarını göstəmiş və bu nöqsanların əsas səbəblərindən biri kimi sədr A.Alışanovun qeyri-peşəkarlığını, intellektual bəsitliyini, yaradıcı menecmenti və idarəçiliyi bilməməsini göstərib onu kəskin tənqid etmişdi. A.Alışanov isə məhkəməyə müraciət edərək həm mülki qaydada Q.Məhərrəmlinin 100 min manat cərimə olunmasını, həm də xüsusi ittiham qaydasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəmişdi.