Azərbaycan Beynəlxalq Bankında YENİ TƏYİNATLAR

    12
    Qeyd edək ki, hazırda Azərbaycan Beynəlxalq Bankında maliyyə-təşkilati sağlamlaşdırma tədbirləri intensiv şəkildə davam etdirilir. Xalid Əhədovun rəhbərlik etdiyi Bankın yeni üzvlərlə gücləndirilmiş peşəkar idarəetmə komandasının qarşıya qoyduğu əsas hədəflər sağlamlaşdırma və restrukturizasiya prosesini qısa zamanda uğurla reallaşdırmaq, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli müvafiq Fərmanında Bankın fəaliyyəti ilə bağlı irəli sürülmüş digər vəzifələri yerinə yetirməkdir.