TRT 1 sabahdan Azərbaycanda yayıma başlayır

    9
    Qeyd edək ki, Azərbaycanda rəqəmli TV yayımına keçildikdən sonra TRT-nin yerüstü yayımı ötən ildən dayandırılıb. Noyabrın 1-dən etibarən Bakı şəhəri və Abşeron yarımadasında, dekabrın 1-i, 10-u və 20-si bölgələrdə analoq TV yayımı dayandırılıb. Azərbaycanda yalnız rəqəmli TV yayımı həyata keçirilir. TRT-1 Azərbaycan və Türkiyə arasında hökumətlərarası müqaviləyə uyğun olaraq Radiotezliklər üzrə Dövlət Komissiyasının 8 dekabr 1995-ci il tarixli razılığı əsasında yayımlanır./apa/