“XXI əsrdə padşahlıq hökmranlığına yer yoxdur” – Zahid Oruc

    6
    Qarşıdakı dönəm üçün parametlər dəyişməkdədir. Əgər İcra Hakimiyyətinin rəhbəri elektron sistemlərdən istifadə edə bilmirsə, ayrı-ayrı “media mənsubları”nın pul tələsi kimi görünür və onların hədəfinə çevrilirsə, bu vasitə ilə əhalinin problemləri, vətəndaşların qəbulu, sahibkarların mühüm işləri kənarda qalırsa, demək ki, problemlərimiz hələ mövcuddur. Mən hesab edirəm ki, bütün bunlar dövlət başçısına hamımızadan daha yaxşı bəllidir. Nəzərə alın ki, hər gün bölgələrdən gələn məlumatlar Adminstrasiyada toplanaraq ölkənin birinci şəxsinə məruzə edilir. Ola bilsin ki, vətəndaşın qəbul olunması problemi fonunda dərhal qərar verilməsin. Amma zaman keçdikdə insanları incidən icra başçılarını aqibətinin şahidi oluruq. Dediyim dövr baxımından gələcəkdə islahatlar prosesinin daha da sürətli olacağını düşünürəm”.