FAZİL MUSTAFAYA SƏRT CAVABLAR

    12
    “Onun nə özündən böyüyə, nə də kiçiyə hörməti var. Əgər Fazil bəyin qüdrəti çatırsa, özünün dediyi kimi, fəlsəfə doktorudursa, dindən kitab yazırsa, məqaləmi götürüb təhlil eləsin, mənim ağılsız, əqli cəhətdən problemimin olduğunu sübut eləsin. Küçə uşağı kimi onun danışığı nə daşıdığı saxta mandata, nə də yaşına uyğundur. Özündən böyüyə ağılsız deyir. Deyir ki, guya Qurana fəlsəfə yazdığımı demişəm. Bu necə mümkün ola bilər? İndiyə qədər dini məsələlərlə bağlı mətbuatda çox çıxış etmişəm. Birinə götürüb Fazil bəy cavab yazsın. Məqalələrimizi analiz edib, ağılsızlığımı sübut eləsin. Açığı, onun ritorika üslubuna, əxlaqına uyğun cavab vermək istəmirəm. Quran haqqında kitab yazanda Allahın izni olmadan mümkün deyil. Mən bu kitabı yazmaq istədiyimi deyəndə o zaman Əli Əlirzayev və Vaqif Hacıbəyli eynilə Fazil kimi mənə hücum etmişdilər. Guya bəzi adamların icazəsi olmadan Quran haqqında yazmaq olmaz. İndi də görünür, Fazil Mustafa özü üçün belə yüksək status müəyyən edib. Onu deməyindən belə çıxır ki, kimsə Quran haqqında nəsə desə ağılsız, amma Fazilin icazəsi ilə nəsə söyləsə, ağıllı olar. Bunlar qeyri-ciddi yanaşmalardır. Fazil bəyə demək istəyirəm ki, çox gözəl kitab yazıram, bu müsəlman dünyası üçün bir hədiyyə olacaq. Quranın şanına, şöhrətinə uyğun şəkildə yazacam. Ona görə də istəmirəm ki, tələsik çap etdirəm. Yaxınlarda Allahın köməkliyi ilə başa çatdıracam. Fazilə onu demək istəyirəm ki, kitabım çıxanda oxuyar, o zaman bu günlər barəmdə deputat, siyasətçi kimi dedikləri barədə düşünsün. O, 4-5 kitab yazıb. Əgər dindən kitab yazmaq əqli problemdirsə, o zaman onun əqli çatışmazlığı var. İndiyə qədər minlərlə insan Quran barədə kitablar yazıblar. Fazilin deməyindən belə çıxır ki, bunların hamısı ağılsızdır. Mən özümü nə Fərabidən, nə İbn Sinadan, nə də başqalarından aşağı sayıram. Onlar yaza bilərlər, amma mən niyə yox? Mən özümü alim sayıram. Əgər alim olmaq Fazilin gözündə əqli qusurdusa, bu başqa söhbətdir. Alimliyimi başqa sahələrdə də göstərmişəm. Yazım Nobel mükafatında gizli səsverməyə qədər gedib çıxıb. Fazil bəyin dediklərinin mənə heç bir aidiyyatı yoxdur. Çox yanlış danışır. Elmdə mən dünya səviyyəsinə çıxmışam. Nobel mükafatına iddiali kimi danışıram. İnanıram ki, kitabım İslam dünyasına analoqu olmayan kitab olacaq. Fazil bəy də bu kitabdan bəhrələnəcək. Onun dediklərinə fikir verməyin. Biriləri işləyir, bekarlar onların işini tənqid edirlər. Fazil bəy burada ikincilərdəndir”.