Araz Əlizadənin müəllimi danışdı: “Azərbaycanda yaşamağa haqqı yoxdur”

    15
    “Onu bilmirəm ki, Arazı hansı göstəricilərinə görə deputat seçiblər. Axı kimdi o? Hakimiyyətin başbilənləri bilmirlərmi ki, Araz kimdir? Ondan nə deputat düzəldirlər? Beləsini Milli Məclisə çıxardanda elə ağzına gələni də danışar. Azərbaycanda bu dəqiqə əclaflıq o qədər böyük bir ölçü alıb ki, ağıllı adamların söz deməyə heç gücü də çatmır. Desələr də, o sözə əhəmiyyət verən belə yoxdur. Mən belə hadisələri eşidəndə, görəndə çox əsəbləşirəm, ancaq əhəmiyyət verən olmayacaq deyə cavab vermirəm”.