Bu gün od çərşənbəsidir

    12
    Od çərşənbəsinin digər maraqlı mərasimlərindən biri də ilboyu ailə üzvlərindən birini itirmiş evlərin qarşısında tonqal qalamaqdı. Od yandırmaqla həmin ailənin saxladığı yas mərasiminə son qoyulardı. İnsanlara Uraz/ Araz ( od, atəş) adının verilməsi, evlərdə üzərrik yandırılması, xəbis ruhlardan qorunmaq məqsədilə qoyun sürülərinin yanmaqda olan kolların altından keçirilməsi, təndirin müqəddəs sayılması, ondan arzuların gerçəkləşməsinin istənilməsi, yanmaqda olan ocağı söndürmməək və başqa nümunələr də türklərin oda olan hörmət və ehtiramını göstərir.