SMS-lərə cavab verməyən vətəndaş cərimə olunacaq – 100 MANAT

    3
    O da məlum olub ki, Nazirlər Kabinetinin bu dəyişikliyi maliyyə sənədlərinin, mühasibat kitablarının, nağd vəsaitlərin, hesabatların, smetaların, qiymətli kağızların və digərlərinin yoxlamaları zamanı tələb olunan məlumatları gec təqdim edən və ya qəsdən təhrif edən vergi ödəyiciləri ilə bağlıdır. VN-in SMS məlumatları ilə bağlı bildirilir ki, onlar fəaliyyətdə olan proqramların köməyi ilə avtomatik olaraq vergi qanunvericiliyindəki və digər normativ sənədlərdəki dəyişikliklərlə bağlı vergi ödəyicilərini məlumatlandırırlar. “Sözügedən məlumatlar vergi ödəyiciləri üçün vacib olanları onlara xatırlatmaq məqsədilə göndərilir” — deyə VN-in maliyyə şöbəsindən bildiriblər. Vergilər Nazirliyinin məlumatına görə, 2016-cı ildə vergi ödəyicilərini məlumatlandırmaq üçün 1,737 milyon SMS göndərilib.