Sabah su çərşənbəsidir

    15
    Novruza aid bayram adətlərindən biri də müxtəlif şəkildə adlandırılan torba atmaqdır. Rəvayətə görə, qədim zamanlarda rəiyyət bəy qapısına papaq atar, bacasından qurşaq sallayardı. Çünki onlar aşağı təbəqənin insanları idi və kasıb idilər. Buna görə də bayram keçirməyə heç bir şeyləri olmurdu. Zaman keçdikcə isə bu, adət halını aldı. Novruz süfrəsinə qoyulan şirniyyatlarda Novruzun simvollarıdır. Səməni yaşıllıq, bolluq, tonqal yandırmaq, yanan odun üstündən atılmaq sağlamlıq, xoş rifah, paxlava, şəkərbura – aypara, ulduz mənasının bildirir. Kosa və Keçəl obrazları isə qışla yazın mübarizəsini əks etdirir: Qış öz yerini yaza təhvil vermək istəmir, yaz isə bu yeri əldə etməyə çalışır. Kosa ilə keçəlin məzhəkəsinin rəmzi bundan ibarətdir. Adətə görə Novruz bayramında süfrəyə “s” hərfi ilə başlayan 7 növ ərzaq qoyulur.