Rüfət Aslanlı: “Manatın məzənnəsi ilə neftin qiyməti arasında əlaqə axtarmayın“

    6
    Neftin qiymətinin Rusiyada məzənnənin formalaşmasında roluna gəlincə, R.Aslanlı bunu belə izah edib: “Rusiyada iki fond var – büdcənin sabitləşməsi və yığım üçün fond. Burada gələn vəsaitlərin bazarda o fonda satılması ilə bağlı tələb var. Stabilləşmə fondu ehtiyac olan məbləğdə vəsait aldıqdan sonra, qalanı yığım fonduna yönəldilir. Bundan başqa, Rusiyada neft şirkətləri neftin qiymətinə bağlıdırlar. Neftin qiyməti artanda onların ödəmələri də artır. Ödəmələri artanda onlar gəlir kimi əldə etdikləri dolları bazarda satmalıdırlar. Ona görə ki, neftin qiyməti qalxanda çoxlu dollar əldə ediblər və eyni zamanda çoxlu da ödəmə etməlidirlər. Ödəmələr adətən rubl ilə olur. Buna görə, bazarda çoxlu dollar satmalıdırlar. Bazara da çoxlu dollar çıxan zaman məzənnə düşür. Ona görə, neftin qiyməti qalxanda rublun da qiyməti qalxır“./apa/