Xalq şairindən deputata və qardaşına SƏRT SÖZLƏR: “Əcdadlarının…”

    15
    “Nədənsə bizimkilər səbəbi görmək istəmirlər. Ədavətin səbəbi nə Xəlil Rza, nə Elçibəy, nə də Azərbaycan mili hərəkatı idi. Ədavət Ermənistandan başlamışdı. Bu gün nədənsə ölkəmizdə Ermənistanı günahsız, çıxarmaq istəyən az qala bir ordu yaranıb. Mən iki qonşu xalqın savaşının tərəfdarı deyiləm. Lakin Ermənistanda başlayan hərəkatı unutmaq olmaz. Zərdüşt Əlizadənin xəbəri yoxdur ki, 1991-ci ildə biz Qazaxda erməni ziyalıları ilə görüşlər təşkil edib müharibənin qarşısını almağı düşünürdük. Amma biz fakt qarşısında qaldıq, biz torpaqlarımızın işğalının qarşısını almaq üçün savaşdıq. Zərdüşt Əlizadə özü də hərəkat iştirakçılarından olub. İndi nə üçün milli hərəkata qarşı çıxır? Zərdüşt və Araz Əlizadənin atası mənim müəllimim olub. Özünün də dediyi kimi, Xamnə türk kəndidir. Heç olmasa, atalarının, əcdadlarının bağlı olduğu kəndə hörmət etsinlər. Ümumiyyətlə, onun türkçülük və turançılıq, Nuru paşa ilə bağlı fikirləri çox yanlışdır. Tarixi bilmədən bu barədə danışmaq doğru deyil”.