Aydın Mirzəzadə: “Bu, Azərbaycan dövlətçiliyində inqilabi bir sərəncamdır“

    9
    “Məsələn, dünyada hər 100 min nəfərə düşən məhbusların sayına görə ən yaxşı vəziyyət Norveçdədir. Bu ölkədə hər 100 min nəfərə cəmi 41 məhbus düşür. Orada hər məsələni məhkəməyə gətirib çıxarmırlar. Yaşayış yeri üzrə icmalar müraciət edərək az ağır cinayətlər barədə onların müzakirə edib qərar çıxarmasını xahiş edirlər və bu da yerinə yetirilir. Ümumən götürəndə, mən bunu Azərbaycanın hüquq sisteminin islahatında növbəti əhəmiyyətli bir addım hesab edirəm. İnanıram ki, gələcəkdə bizim hüquq sistemimiz dünyanın aparıcı ölkələrinin, o cümlədən Azərbaycanın özündə yaxşı təcrübəsinin qanunvericilikdə əks olunması ilə bağlı növbəti addımlar da atılacaq“.