İRƏVANDA PANİKA – düşmən “bombardmanlardan xilas” tədbirlərinə başlayıb

    9
    Məlumata görə, günorta saatlarında Ermənistanın Fövqəladə Hallar Nazirliyinin tibb institutunda taktiki təlimlərə start verilib. Təlimlərdə əsas məqsəd təhsil müəssisələrində böhranlı vəziyyətlərə hazırlığı artırmaqdır. Qurulmuş ssenariyə görə, “düşmənin bombardmançı təyyarələri hava sərhədlərini pozaraq İrəvanı bombalamağa hazırlaşıblar”. Ermənistanın lisey və məktəblərində də mülki müdafiəyə həsr olunmuş məşğələlər təşkil olunacaq. Çox güman ki, Azərbaycanın öz ərazilərini işğaldan azad etmək üçün sonadak mübarizə aparacağı Ermənistanda ciddi narahatlıq yaradıb. Üstəlik, ordumuzun ən müasir silahlarla təchiz olunması, düşmənin “İsgəndər” raketlərindən istifadə etməsi halında Azərbaycan ordusunun Naxçıvanın 45- km-liyindəki paytaxt İrəvana raket zərbələri endirəcəyi barədə ekspertlərin xəbərdarlıqları təşviş doğurub. Ancaq rəsmi Bakı dəfələrlə bəyan edib ki, yalnız öz ərazilərini azad etmək niyyətindədir və Ermənistanda hərbi əməliyyatlar həyata keçirməyi planlaşdırmır.