Supergüclərin Bakı görüşü və Qarabağ məsələsi…

    9
    Maraqlıdır ki, Evdard Nalbandyan Münhen konfransı bitdikdən dərhal sonra Moskvaya gedərək rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Nalbandyan Moskvada bu yaxınlarda olmuşdu və yenidən Lavrovla görüşə tələsir. Bu, o deməkdir ki, İrəvanın Qarabağla bağlı atdığı addımlar Moskvanın nəzarətindədir. Təsadüfi deyil ki, Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağdakı “referendum“u pisləməyib. Rusiya XİN-nin açıqlamasında belə deyilir: “Biz düşünmürük ki, nizamlanmanın gedişi “konstitusiya referendumu“nun keçirilməsindən asılı ola bilər“. Bu ikibaşlı cümlədir. Moskva bununla demək istəyir ki, Rusiya Dağlıq Qarabağda fevralın 20-də keçiriləcək referendumun əleyhinə deyil və separatçılar Dağlıq Qarabağın adının “Artsax“ adıyla dəyişdirilməsi hüququna malikdirlər. Moskva həmsədr kimi “referendumun keçirilməsi bölgədə gərginliyi daha da artıra bilər“, “sülh danışıqlarına maneə yarada bilər“ açıqlamalarına üstünlük verməkdənsə, birmənalı olaraq işğalçının yanında yer alır“.