Mübariz Qurbanlı: “Azərbaycanda dini radikal qrupların təsiri altında olan məscid yoxdur”

    6
    Komitə sədrinin sözlərinə görə, bu gün əhalisinin təqribən 7-8 faizi İslam dininin daşıyıcıları olan Avropa ölkələrindəki məscidlər, İslam icmaları həqiqi İslamı nümayiş etdirə bilirlər. Lakin bəzi dini radikal qrupların mənfi əməlləri Avropada sıradan insanlarda İslama qarşı müəyyən mənada şübhə, inamsızlıq yaradır. Eyni zamanda, Avropada siyasi qruplar içərisində radikallaşan millətçi dairələr var ki, onlar bundan sui-istifadə edir və öz təbliğatlarında islamofobiya elementlərini açıq şəkildə nümayiş etdirirlər.