Brilliant Dadaşova həmkarlarına söz atdı: “ŞEYTANA QULLUQ EDİRLƏR“

    9
    “Kimsə adımı çəkib gündəmə gəlmək istəyir. O şəxslərin çoxu məni təqlid edən insanlar olub. Musiqi aləminə gətirdiyim yol və xırdalıqlarla evlərinə çörək pulu aparan şəxslərdir. O insanlar kimə qulluq edirsə… Yəqin ki, şeytana qulluq edirlər. Bizim onlarla işimiz olmaz. Hansı formada istəyirlərsə, elə də gündəmə gəlsinlər. Mənim üçün maraqlı deyil. 17-20 il bundan əvvəl böyük səhv edərək bir nəfərə cavab vermişəm. Əslində cavab verməməli idim. O zaman bilmirdim ki, sənət insanları gündəmə gəlmək üçün bir-birilərinə sataşırlar. Daha sonra bildim, alışdım. Kim məndən danışırsa, cavab vermirəm. Hesab edirəm ki, mənim diqqətimi cəlb edəcək şeylər deyil”.