Deputat: “Gürcüstanın ali təhsil ocaqlarında 2000-dən artıq azərbaycanlı tələbə təhsil alır“

    15
    – İlk öncə, fürsətdən istifadə edərək, Gürcüstan iqtisadiyyatının inkişafına ciddi dəstək vermiş Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyinə Gürcüstan azərbaycanlıları adından təşəkkürümüzü bildirmək istərdim. Azərbaycanlıların kompakt yaşadıqları bölgələrin sosial, infrastruktur, iqtisadi problemlərinin həllində, o cümlədən gənclərimizin Gürcüstan universitetlərində təhsil almalarında SOCAR-ın ciddi dəstəyini hiss edirik. SOCAR prezidenti cənab Rövnəq Abdullayev Gürcüstana hər səfəri zamanı mütləq Marneuliyə baş çəkir, rayonun sosial-iqtisadi inkişafının vəziyyəti, problemlərimizin həlli ilə ciddi maraqlanır. Çox sağ olsun, Gürcüstan azərbaycanlılarını diqqətsiz qoymur. “SOCAR Georgia“ şirkətinin rəhbəri cənab Mahir Məmmədov da daima çeşidli məsələlərdə bizim bölgəyə operativ dəstək göstərir. Bütövlükdə Gürcüstanın sosial-iqtisadi çiçəklənməsinə SOCAR şirkətinin töhfələri böyükdür. SOCAR Gürcüstan üçün dəyərli bir tərəfdaşdır. Bununla da biz fəxr edirik. Dövlət dəstəyinə gəlincə, qeyd edim ki, Gürcüstan Təhsil Nazirliyi müəyyən kriteriyalara uyğun gələn tələbələrin təhsilini maliyyələşdirir. Bu kriteriyalara yaxşı oxuyan tələbələr, aztəminatlı ailələrdən olan və ya dağlıq ərazidə yaşayan tələbələr aiddir. Həmin qərar milli mənsubiyyətindən asılı olmayaraq, sözügedən kriteriyalara uyğun gələn bütün Gürcüstan vətəndaşlarına şamil olunur.