Yol polisi sürücülərdən 85 milyon qazandı

    12
    İl ərzində yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2015-ci ilə nisbətən 13 faiz artaraq 2861,9 min olub. Xətaların 50 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 11,9 faizi dayanma və ya durma qaydalarının pozulması, 5,1 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 4,6 faizi yol ayrıcını keçmə, 4,2 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb. Qaydaların pozulmasına görə 85,4 milyon manat məbləğində cərimələr tətbiq edilib./modern.az/