Bayram bahalaşması; işbazların kələyi, yoxsa…

    12
    “Hökumət nə qədər inzibati yolla müdaxilə edəcəksə, sonradan qiymətlərin daha da çox qalxmasının şahidi olacağıq. Bunun qarşısının alınmasının yolu iqtisadi alətlərdən istifadə etməkdir. Yəni həmin müddət ərzində bayramlardan öncə müxtəlif ərzaq məhsullarının, gömrük rüsumları bir müddətlik ləğv edilə və ya azaldıla, vergi güzəştləri tətbiq oluna bilər. Yaxud da rəqabətli mühit daha da yaxşılaşdırıla bilər ki, daha çox şirkət və yaxud da fiziki şəxs ölkəyə məhsul gətirə və bazara çıxarda bilsin. Bu da rəqabətli mühitdə qiymətlərin aşağı düşməsinə səbəb ola bilər. Əslində qiymət artımının obyektiv səbəbləri də çoxdur. Çünki idxaldan asılılığımız və mövsümü səbəblər var. İlin bu dövründə, yəni qışın sonu – yazın əvvəlində həmişə yerli məhsulların qıtlığı müşahidə olunur. Çünki mövsümlə əlaqədar yerli məhsullar artıq bitir. Çünki məhsulların saxlanması üçün bizim ciddi infrastukturumuz yox idi. Payız aylarında məhsulu bu dövrə qədər saxlamaq mümkün olsun. Ona görə də bu dövrdə idxaldan daha çox asılılıq yaranır. Qiymətlərin artımının əsas səbəblərindən biri budur. Bu, təbii ki, obyektiv bir səbəbdir. Amma inzibati yollarla, hər hansısa bir əmrlə, göstərişlə, müdaxilələrlə, hər hansısa yoxlamalarla bunun qarşısını almaq mümkün deyil. Çünki normal iqtisadi sistemi olan ölkələrdə heç vaxt süni qiymət artımı mümkün deyil. Əgər rəqabətli mühit varsa, qiymətlər süni şəkildə artırıla bilməz. Rəqabət mexanizmləri buna imkan verməz. Hökumətin əlində iqtisadi alətlər var. Bu dövr üçün müəyyən vergilərin və gömrük rüsumlarının azaldılması və yaxud da ləğv olunması ilə qiymətlərə təsir edə bilər. Bu yolu edəcəksə, effekti olacaq. Yox, əgər inzibati yollara əl atacaqsa, bu, gələcəkdə tamamilə əks- effekt verə bilər”./musavat.com/