Dənizdə meyiti tapılan şəxs neftçidir – QƏRARGAH

    3
    Həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində fevralın 28-də dənizin “Pirsaat daş silsiləsi“ ərazisində tapılan kişi meyitinin, “Azneft“ İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1saylı neft qaz çıxartma sahəsinin əmtəə operatoru vəzifəsində çalışmış 1974-cü il təvəllüdlü Rüstəmov Qorxmaz İsbat oğluna məxsus olduğu rəsmən təsdiq edilib. Mərhumun meyiti ailəsinə təhvil veriləcək./trend/