Estakadanın uçduğu ərazidə naməlum kişi meyiti tapıldı

    3
    Həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində, “Azneft“ İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçduğu ərazinin yaxınlığında, martın 4-də naməlum kişi meyiti aşkar edilib. Tapılan meyitin, itkin düşən neftçilərə aid olub olmaması müəyyənləşdirilir. Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.