Neftin bahalaşması milli valyutaları gücləndirəcək – TƏHLİL

    6
    Hər halda, əgər Citibankın proqnozu reallaşsa, neft ixrac edən ölkələrdə milli valyutaların daha da möhkəmlənməsini gözləmək olar. Bundan əlavə olaraq, bu, neft ölkələrinin iqtisadiyyatlarına müsbət təsir edəcək. Proqnozun real olub-olmaması barədə isə bunu demək olar: 70 dollar həddinə indiki səviyyədən nə az, nə çox, düz 25 faizlik artım qalıb və bu, nisbətən iri rəqəmdir. OPEC tərəfindən bazarda təklifin azaldılmasına istiqamətlənən addımlar davam edilsə, bəlkə də, qalan 10 ay ərzində 25 faizlik artım baş verə bilər. Həmçinin bu məsələyə tələbat faktoru da təsir edə bilər, çünki bəzi proqnozlara əsasən, bu ilin ortalarında dünyada neftə tələbatın artacağı gözlənilir. Məsələn, OPEC-in proqnozuna əsasən, bu il dünyada neftə tələbat sutkada 1,19 mln. barel təşkil edəcək ki, bu da əvvəlki proqnozla müqayisədə (1,155 mln. barel) 3% çoxdur. Proqnozun yaxşılaşdırılmasına soyuq havalar, ABŞ, Avropa, Çin və Hindistanda avtomobil nəqliyyat vasitələrinin satışının artması və dünyada neft-kimya sahəsində vəziyyətin yaxşılaşdırması amilləri də təsir göstərir. Ümumilikdə, “Citibank”ın proqnozunun real olduğu barədə hələ danışmaq tezdir, amma neftin qiymətinin artıq iki ay ərzində 56 dollar səviyyəsində sabitləşməsi faktdır və müəyyən amillər neftin bahalaşmasının lehinə “danışır”./apa/