İqtidarın kadr islahatlarında müxalifət də yer ala bilər – ŞOK İDDİALAR

    6
    “Hakimiyyətdə oliqarxlarla bağlı problemlər hələ ki, çoxdur. Müxalifətin ora girməsi hakimiyyətin problemlərini daha da artıracaq. Bunun üçün iqtidar bunu etməyəcək. Hakimiyyət əslində bunu çoxdan etməli idi. Hesab edirəm ki, Azərbaycanda sistemli böhranın yaranması vətəndaş cəmiyyətinin sıradan çıxarılmasından irəli gəlir. Yəni cəmiyyət bu proseslərdə iştirak etməyib. Ona görə də, bu vəziyyət yaranıb, kim nə istəyibsə, onu da edib. Əgər normal münasibətlər olsaydı, ortaya mədəni mübahisələr platforması ilə düzgün qərar çıxır. O zaman hər şey ölçüb-biçilir, cəmiyyətin xeyrinə olan qərarlar verilir. Bizdə isə hakimiyyət hamını kənarlaşdırdı ki, ona nəzarət etməsin, şəxsi maraqlarını rahat həyata keçirə bilsinlər. Bunun da adını dövlətçilik qoydular. İki ildir yaşadığımız böhran davam edir. Bu istiqamətdə təkliflər verilir, lakin hakimiyyət öz işindədir. Heç bir islahat aparmayıb, normal platforma ortaya qoymayıb. Bizlər isə gözləmə mövqeyindəyik. İslahatlar qaçılmazdır, çünki islahatdan çıxış yolu üçün bundan başqa variant yoxdur. Bəziləri deyir ki, neftin qiyməti artacaq və o zaman vəziyyət düzələcək. Ola bilər ki, neftin qiyməti qalxsın. Amma nəzərə almaq lazımdır ki, bu il və 2018-ci ildə neftin istehsalının Azərbaycanda həcmi iki dəfə aşağı düşəcək. Nəticədə neftin qiyməti qalxsa da, nəyəsə təsir etməyəcək. Qazdan da heç nə qazanmırıq. Çünki 50 milyarda yaxın investisiya lazımdır ki, onu da xarici dövlətlər qoyacaqlar. Bütün bunlara görə biz nəyə ümid etməliyik?”/musavat.com/