İdmançılarımızdan 2 qızıl, 1 gümüş medal

    21
    goal.az-a istinadən xəbər verir ki, Qitə Çempionatına qatılan klublarımızın yetirmələri yarışın üçüncü günü də medalsız qalmayıblar. Belə ki, -58 kq çəki dərəcəsində mübarizəyə başlayan Gilan İK-in təmsilçisi Fizam Mehtiyev və Ayxan Tağızadə (-68 kq) qarşılaşdıqları rəqiblərə şans buraxmayaraq adlarını fəxri kürsünün qızıl pilləsinə yazdırmağı bacarıblar. Azəri TK-nın üzvü, -54 kq çəki dərəcəsində döyüşən Mikayıl Əliyev isə yalnız həlledici qarşılaşmada məğlub olaraq yarışı gümüş medalla başa vurub.