İspaniya Kubokunun finalı Madriddə keçiriləcək

    15
    goal.az-a istinadən xəbər verir ki, “Barselona“ – “Alaves“ qarşılaşması “Vicente Calderon“ stadionunda baş tutacaq. 54907 tamaşaçı tutumuna malik arenada 1966-cı ildən “Atletiko Madrid“ klubu ev oyunlarını keçirir. Daha öncə “Real“ rəhbərliyi final qarşılaşmasının “Santiago Bernabeu“da keçirilməsinə qarşı çıxmışdı.