Nəqliyyat Nazirliyinə yeni səlahiyyət verildi

    15
    Əsasnaməyə əsasən xarici ölkələrin ərazisində beynəlxalq avtomobil daşımalarını yerinə yetirmək üçün xarici ölkələrin icazə blanklarının Azərbaycan avtodaşıyıcılarına verilməsi Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir. Dəyişikliyə əsasən bundan sonra Beynəlxalq Nəqliyyat Forumunun atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-4, Avro-5 və daha yüksək ekoloji normalara uyğun olan yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir il olan, həmçinin yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir ay olan çoxtərəfli “İcazə”lərinin Azərbaycan avtodaşıyıcılarına verilməsi də Nəqliyyat Nazirliyi tərəfindən həyata keçiriləcək.