Ermənistanda ictimai-siyasi vəziyyət gərgindir

    6
    Ermənistan vətəndaşları isə hakimiyyət uğrunda çəkişmələrdən yorulublar. Ölkədə tez-tez etiraz aksiyaları keçirilir. Özbaşınalıqlara son qoyulmasını tələb edilən növbəti mitinqi “Təsisçi parlament“ ictimai hərəkatının qadınlar birliyi keçirib. Aksiya iştirakçıları rejimin təzyiqlərinə məruz qalan fəalların azadlığa buraxılmasına çağırış ediblər. Ötən ilin iyulunda post-patrul xidməti alayının ərazisini tutmuş silahlı qrupun üzvlərinə çörək aparan Artur Sarkisyanın aclıq aksiyasına başlaması da fəalları hiddətləndirib. Onun vəziyyətinin pis olduğu bildirilir. Nubaraşen təcridxanasının xəstəxanasına yerləşdirilən A.Sarkisyanla yanaşı, digər fəalların da azadlığa buraxılması tələb edilir.