Ermənistan parlamentində qarşıdurma

    9
    Ermənistan Milli Konqresi qərargahının bununla bağlı yaydığı bəyanatda bildirilir ki, 2008-ci ilin 1 mart iğtişaşları hələ də doğru-düzgün araşdırılmayıb. Həmin vaxt fevralın 19-da prezident seçkilərinin saxtalaşdırılmasına fasiləsiz olaraq on gün etiraz edən nümayişçilərlə hökumət qüvvələri arasında qarşıdurmada 10 nəfər öldürülüb, yüzlərlə insan yaralanıb. Bundan sonra ölkədə iyirmi günlük fövqəladə vəziyyət elan edilib. Hakimiyyətə loyal olmayan KİV-lərin fəaliyyəti dayandırılıb. Seçki marafonunun əsas favoriti olan müxalifət namizədi Levon Ter-Petrosyan 2008-ci il seçkilərinin nəticələrini indiyədək tanımayıb. Onun təşkilatçılığı ilə paytaxtda 21 gün fasiləsiz etiraz aksiyaları keçirilib. Bəyanatda deyilir ki, qanlı 1 mart Ermənistanın tarixində rüsvayçı hadisədir. Eyni zamanda, oktyabrın 27-də parlamentə hücumdan sonra erməninin ermənini gülləbaran elədiyi ikinci böyük hadisədir. Xalqın qanını tökərək hakimiyyətə gələn Serj Sarkisyan rejimi bu illər ərzində Ermənistanı ancaq uçuruma aparıb. Əhali səfalət içindədir. Ölkə iqtisadiyyatı isə tamamilə iflasa uğrayıb. Ermənistan regionda təcrid vəziyyətinə düşüb. /AzərTAc/