Rəqabət böyüyür, ballar artacaq – YENİ QƏBULUN DETALLARI

    15
    – Bu prosesin olmasını məcbur edən amil o idi ki, birinci yerləşmədə plan yerləri dolmurdu. Ona görə də TQDK (DİM) məcbur qalıb əlavə yerləşdirmə həyata keçirirdi. İxtisas seçiminə buraxılan abituriyentlərin sayı plan yerindən az olduğuna görə nə qədər əlavə qəbul keçirilsə belə, yenə də boş qalırdı. Amma indi iki imtahanda iştirakdan sonra daha çox abituriyent keçid balını toplayıb ixtisas seçiminə buraxılacaq. Bu, o demək deyil ki, əlavə qəbul aparılmayacaq. Bu, yenə də olacaq. Çünki abituriyentlər ilkin olaraq daha üstün yerləri seçirlər. Amma bu zaman ən çox bal toplayan həmin yerə qəbul olur. Abituriyentlər tərəfindən həmişə az seçim edilən ixtisaslar və universitetlər var ki, bu məsələ boş qalan yerlərin yaranmasına da səbəb olur. Boş yerləri abituriyentlər ikinci yerləşdirmədə məcburən seçib qəbul olurlar. Bütün hallarda bu il olduğu kimi yüksək sayda boş plan yerləri əlbəttə ki, qalmayacaq.